Bütün xəbərlər
İnsayder Romano: "Mbappe "Real Madrid" ilə müqavilə imzaladı"
Tarix: 02-06-2024 17:06 | Bölmə: Karusel

Fransa millisinin və "Paris Saint-Germain" klubunun hücumçusu Kilian Mbappe "Real Madrid"in futbolçusu olub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə nüfuzlu insayder Fabrizio Romano məlumat verib.
Jurnalistin sözlərinə görə, başa çatmış sövdələşmə yaxın bir həftə ərzində rəsmən elan olunacaq. X hesabında Romano bütün sənədlərin imzalandığını və indi tamamilə hər şeyin rəsmi elana hazır olduğunu yazıb. Fransız futbolçu Madridə pulsuz transferlə keçib.
Xatırladaq ki, Mbappenin 25 yaşı var. O, 2017-ci ilin avqustundan PSJ-də çıxış edir, burada Monakodan əvvəlcə icarəyə götürülüb, sonra isə transferi rəsmən alınıb. Həmin vaxtdan o, 5 dəfə Fransa çempionluğunu, 3 dəfə ölkə kubokunu və Superkubokunu, daha iki dəfə isə Liqa kubokunu qazanıb.
"Real Madrid" bir gün əvvəl Çempionlar Liqasının qalibi olub. O, turnirin finalında Dortmund “Borussiya”sına qalib gəlib (2:0). Daha əvvəl mətbuatda Çempionlar Liqasının finalından dərhal sonra "Real"ın Mbappe ilə müqavilə imzalayacağı barədə məlumatlar yayılmışdı.



Baxış sayı: 181


Bölməyə aid digər xəbərlər