Bütün xəbərlər
Kamçatka diyarının Səhiyyə Nazirliyinin rəhbəri qəza keçirib, vəziyyəti ağırdır
Tarix: 01-06-2024 16:11 | Bölmə: Karusel

Kamçatka diyarının səhiyyə naziri Aleksandr Qaşkov qəzaya düşüb və həkimlərin dediyinə görə, vəziyyəti ağırdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bölgə hökuməti bu barədə məlumat verib və əlavə etdiyinə görə, “təfərrüatlar daha sonra gələcək”.
TASS xəbər verir ki, qəza Naçiki-Kavalerskoye-Ust-Bolşeretsk avtomobil yolunda baş verib: iki avtomobil bir-birinə doğru hərəkət edərkən toqquşub. Hadisə yerinə yol polisi əməkdaşları gəlib və bütün zərərçəkənlər A.S.Lukaşevski adına Kamçatka Regional Xəstəxanasına yerləşdirilib.
Qaşkov qabırğa və çanaq sümüklərinin sınığı alıb. Nazirlə birlikdə avtomobildə Kamçatka ərazisinin səhiyyənin inkişafı departamentinin rəis müavini Denis Fedotov olub. Xidmət maşınının sürücüsü və Fedotov yüngül bədən xəsarətləri alıblar.



Baxış sayı: 192


Bölməyə aid digər xəbərlər