Bütün xəbərlər
1700-dən çox insan "Krokus" terror aktı ilə bağlı işin qurbanı kimi tanınıb
Tarix: 01-06-2024 15:53 | Bölmə: Karusel

Martın 22-də Moskva yaxınlığındakı "Crocus City Hall"da baş vermiş terror aktı ilə bağlı cinayət işi çərçivəsində 1700-dən çox insan zərərçəkmiş kimi tanınıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bundan başqa, məhkəmə materialındakı qətnamədən belə göründüyünə görə, 800-dən çox şəxs şahid qismində dindirilib.
"Crocus City Hall"da törədilən terror aktı 145 nəfərin həyatına son qoyub. Bir gün əvvəl artıq üçüncü cinayət işinin açıldığı xəbəri yayılmışdı. Cinayəti birbaşa törədənlər və onların əlbirləri də daxil olmaqla 20-dən çox adam saxlanılıb.



Baxış sayı: 183


Bölməyə aid digər xəbərlər