Bütün xəbərlər
Rusiya əsgərləri BƏƏ-nin vasitəçiliyi ilə əsirlikdən qayıdıblar
Tarix: 31-05-2024 14:52 | Bölmə: Karusel

Cümə günü, mayın 31-də Rusiya Müdafiə Nazirliyi Ukrayna tərəfi ilə əsir mübadiləsinin aparıldığını açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin vurğuladığı kimi, Ukrayna əsirliyində ölümcül təhlükə ilə üzləşən 75 Rusiya hərbi qulluqçusu əsirlikdən geri qaytarılıb. Onların müqabilində Ukrayna Silahlı Qüvvələrinin 75 hərbi qulluqçusu köçürülüb.
Sərbəst buraxılan hərbi qulluqçular Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat təyyarələri ilə Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiya üçün Moskvaya aparılacaq”, - məlumatda deyilir.
Sərbəst buraxılanların hamısına lazımi tibbi və psixoloji yardım göstərilir.
Rusiya Müdafiə Nazirliyi Birləşmiş Ərəb Əmirliklərinin məhbus mübadiləsi prosesində humanitar vasitəçilik etdiyini də qeyd edib.



Baxış sayı: 185


Bölməyə aid digər xəbərlər