Bütün xəbərlər
Rusiya Federasiyası bu mövsüm 70 milyon ton, gələn mövsüm isə 60 milyon ton taxıl ixrac etməyə hazırlaşır
Tarix: 31-05-2024 13:17 | Bölmə: Karusel

Rusiya cari kənd təsərrüfatı mövsümündə 70 milyon tona qədər taxıl ixrac etməyi planlaşdırır, baş nazirin müavini Dmitri Patruşev Ümumrusiya Taxıl Forumunda çıxışı zamanı deyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, buğda ixracının planlaşdırılan həcmi 53 milyon ton qiymətləndirilir.
Patruşev Rusiyanın özünü etibarlı tərəfdaş kimi təsdiqlədiyini, dünya bazarında buğdanın hər dördüncü partiyasının Rusiya mənşəli olduğunu qeyd edib. Səlahiyyətlilər daxili tələbatın ödənilməsinə də önəm verir və bu il taxıl yığımı proqnozunu 132 milyon ton səviyyəsində saxlayır.
Ötən kənd təsərrüfatı ilində taxıl ixracı 60 milyon ton təşkil edib ki, bunun da 47 milyon tonu buğda olub. Kənd Təsərrüfatı Nazirliyi daha əvvəl bu mövsüm üçün ixracı 65 milyon ton səviyyəsində qiymətləndirmişdi. Kənd təsərrüfatı naziri Oksana Lut mayın sonunda bildirib ki, taxıl yığımı proqnozuna yenidən baxılması planlaşdırılmır.
Növbəti kənd təsərrüfatı mövsümündə, 2024-cü il iyulun 1-dən 2025-ci il iyunun 30-dək Rusiya 60 milyon tona qədər taxıl ixrac etməyi planlaşdırır. Bu rəqəm cari məhsul proqnozu və daşınma məlumatlarına əsaslanır.



Baxış sayı: 190


Bölməyə aid digər xəbərlər