Bütün xəbərlər
Artıq Rəfahda mobil telefon xidməti yoxdur
Tarix: 30-05-2024 22:34 | Bölmə: Karusel

Qəzza zolağının cənubundakı Rəfah şəhərində mobil rabitə fəaliyyətini dayandırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Fələstin provayderi Cəvval məlumat verib.
Şirkətin sosial şəbəkələrdə dərc olunmuş bəyanatında deyilir: “Biz davam edən təcavüzə görə Rəfah şəhərində mobil rabitənin dayandırıldığını təəssüflə bildiririk”.
Cəvval işçilərinin hazırda xidməti bərpa etmək üçün səy göstərdiyi də öyrənilir.
Bundan əvvəl İsrail tanklarının Rəfahın mərkəzinə daxil olması barədə məlumatlar peyda olmuşdu. Daha sonra bəzi KİV-lər İsrail ordusunun Qəzza zolağının Misirlə sərhədindəki bufer zonasına nəzarət etdiyini bildirib.



Baxış sayı: 181


Bölməyə aid digər xəbərlər