Bütün xəbərlər
Husilər İsrailə gedən gəmilərə daha tez-tez hücum edəcəkləri ilə hədələyiblər
Tarix: 30-05-2024 22:30 | Bölmə: Karusel

Yəmənin Ənsar Allah üsyançı hərəkatından olan husilər İsrailə gedən ticarət gəmilərinə hücumların sayını artırmağı planlaşdırır, qrupun lideri Əbdül-Malik Əl-Husi deyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,“Əməliyyatımızın dördüncü mərhələsi davam edir, o, həm kəmiyyət, həm də keyfiyyət baxımından intensivləşəcək”, – “İnterfaks” Əl-Husiyə istinadən yazır.
Ənsar Allah liderinin sözlərinə görə, təkcə bu həftə husilər Qırmızı dəniz, Ərəbistan dənizi, Aralıq dənizi və Hind okeanında gəmilərə qarşı 12 əməliyyat keçirib.
Çərşənbə günü hərəkatın hərbi sözçüsü Yəhya Saria husilərin Yəməndə Amerikanın "MQ-9 Reaper" pilotsuz uçuş aparatını vurduğunu bildirib.
Bundan əlavə, “Ənsar Allah”ın nümayəndələri ayın əvvəlində ABŞ və İsrailin kəşfiyyat xidmətləri tərəfindən cəlb edilmiş bir neçə casusun saxlanıldığını açıqlayıblar.



Baxış sayı: 183


Bölməyə aid digər xəbərlər