Bütün xəbərlər
Pistorius Kiyevə 500 milyon avro yardım vəd edib
Tarix: 30-05-2024 22:24 | Bölmə: Karusel

Berlin Kiyevə 500 milyon avro dəyərində daha bir hərbi yardım paketi verəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Odessada olan Almaniyanın müdafiə naziri Boris Pistorius məlumat verib. Bu barədə TASS DPA agentliyinə istinadən xəbər verir.
Mayın 21-də Aİ Şurası dondurulmuş Rusiya aktivlərinin istifadəsindən əldə edilən gəlirin 90%-ni Ukraynaya hərbi yardıma ayırmaq, Aİ isə 10%-ni öz risklərini ödəmək üçün saxlamağa qərar verib.
Belçika Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, bu sxem Ukraynaya yayın ortalarına qədər üç milyard avroya qədər vəsait almağa imkan verəcək.



Baxış sayı: 164


Bölməyə aid digər xəbərlər