Bütün xəbərlər
Peskov: "Krasnodar diyarında turistlər üçün heç bir təhlükə yoxdur"
Tarix: 30-05-2024 16:05 | Bölmə: Karusel

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynadan atəşə tutulan Krasnodar diyarında turistlər üçün heç bir təhlükə olmadığını bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Turist axını çox yüksəkdir, o, artıq başlayıb”, - deyə, Peskov bildirib.
Cümə axşamı, mayın 30-da Krasnodar diyarına PUA-nın hücumu olub. Pilotsuz təyyarələr Temryuk bölgəsində mülki hədəflərə hücum edib. Təyyarənin parçalarından biri transformator yarımstansiyasını zədələyib.
Daha bir PUA Volna kəndinə düşüb. Hadisə yerində xüsusi xidmət orqanları işləyir. Ölən və yaralananlar olmayıb.





Baxış sayı: 183


Bölməyə aid digər xəbərlər