Bütün xəbərlər
Ukraynanın keçmiş baş prokuroru Yarema Rusiya Federasiyasında qiyabi olaraq 19 il müddətinə azadlıqdan məhrum edilib
Tarix: 30-05-2024 15:56 | Bölmə: Karusel

2-ci Qərb Dairə Hərbi Məhkəməsi Ukraynanın keçmiş baş prokuroru Vitali Yaremanı qiyabi olaraq 19 il müddətinə azadlıqdan məhrum edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Prokurorluğun keçmiş əməkdaşı terrorizmi təbliğ etməkdə və Rusiya ordusu haqqında saxta xəbərlər yaymaqda təqsirli bilinib. Məhkəmənin mətbuat katibi İrina Jirnovanın TASS-a istinadən verdiyi məlumata görə, o, 19 ilinin “ilk 3 ilini həbsdə, qalan 16 ilini isə ciddi rejimli koloniyada keçirəcək”.
Yaremanın 400 min rubl cərimə olunduğu da məlum olub. Bundan başqa, məhkəmə onu üç il müddətinə saytın administrasiyası fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edib.
Qeyd olunur ki, cəza onun Rusiyaya ekstradisiya edildiyi andan hesablanacaq. Hökm hələ qanuni qüvvəyə minməyib.
Yarema 2014-cü il iyunun 19-dan 2015-ci il fevralın 10-dək Ukraynanın baş prokuroru vəzifəsində çalışıb.



Baxış sayı: 174


Bölməyə aid digər xəbərlər