Bütün xəbərlər
Gürcüstan parlamentinin sədri xarici agentlər haqqında qanunu imzalayacaq
Tarix: 29-05-2024 13:03 | Bölmə: Karusel

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, Gürcüstan prezidenti Salome Zurabişvili xarici agentlər haqqında Gürcüstan parlamentinin qəbul etdiyi qanunu imzalamayacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “mən bu qanunu imzalayacağam”, - deyə, deputat qeyd edib.
Mayın 18-də Zurabişvilinin qanuna qoyduğu vetodan sonra sənəd üç gün ərzində yenidən prezidentə imzalanmaq üçün təqdim olunacaq. Əgər prezident beş gün ərzində qanunu imzalamasa, qanun parlamentin sədri tərəfindən imzalanacaq və bundan sonra sənəd qüvvəyə minəcək.
Mayın 14-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul edib və bu qanun Avropa İttifaqı (Aİ) və ABŞ-ın sərt bəyanatlarına səbəb olub və bu, demokratiyaya zərbə vurduğuna görə Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq edəcəyini vəd edib.



Baxış sayı: 190


Bölməyə aid digər xəbərlər