Bütün xəbərlər
İsveç hava hücumundan müdafiəni gücləndirmək üçün Ukraynaya 1,26 milyard dollar ayırıb
Tarix: 29-05-2024 12:56 | Bölmə: Karusel

Baş nazirin müavini, energetika, biznes və sənaye naziri Ebba Buş mətbuat konfransında bildirib ki, İsveç Nazirlər Kabineti Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün 13,3 milyard krondan (1,26 milyard dollar) çox vəsait ayırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, yardım paketinə avadanlıqlar daxil olacaq, söhbət iki ASC 890 kəşfiyyat təyyarəsi, artilleriya sursatları və zirehli texnikadan gedir.
Yeni yardım paketi son iki ildə 16-cı olacaq. Bu yaxınlarda İsveç hökuməti 2024-2026-cı illər üçün Kiyevə uzunmüddətli hərbi dəstək proqramını təqdim edib. 75 milyard kron (7,09 milyard dollar) məbləğində. İsveç artıq Kiyevə humanitar, maliyyə və hərbi yardım üçün 50 milyard kron (4,73 milyard dollar) ayırıb.



Baxış sayı: 172


Bölməyə aid digər xəbərlər