Bütün xəbərlər
Pilot yüngül təyyarə qəzasında həlak olub
Tarix: 29-05-2024 10:04 | Bölmə: Karusel

Saratov vilayətində pilotun ölümünə səbəb olan "X-32 Bekas" yüngül təyyarəsinin qəzaya uğramasının şəraiti aydınlaşdırılır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Qərb Regionlararası Nəqliyyat İstintaq İdarəsi məlumat yayıb.
Mayın 28-də Derqaçevski rayonunun Raboçiy və Sovetski kəndləri arasındakı əkin sahəsinə təyyarənin qəzaya uğraması barədə məlumat daxil olub. Qəza nəticəsində 60 yaşlı pilot dünyasını dəyişib.
Faktla bağlı yol hərəkəti və hava nəqliyyatının istismarı qaydalarının pozulması ilə bağlı cinayət işi başlanıb.
Hadisə yerində müstəntiqlər işləyir.



Baxış sayı: 176


Bölməyə aid digər xəbərlər