Bütün xəbərlər
Portuqaliya və Ukrayna təhlükəsizlik sazişi imzalayıb
Tarix: 28-05-2024 22:29 | Bölmə: Karusel

Kiyev və Lissabon təhlükəsizlik sazişi bağladılar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, razılaşmalar çərçivəsində Portuqaliya bu il Ukraynaya 126 milyon avro dəyərində hərbi yardım göstərməyi öhdəsinə götürüb.
Sənədi Ukrayna prezidenti Vladimir Zelenski və Portuqaliyanın baş naziri Luis Monteneqro imzalayıb.
Müqavilə 10 illikdir. Portuqaliya dəniz koalisiyasında, Ukrayna üçün "F-16" qırıcılarının alınması üzrə beynəlxalq koalisiyada, eləcə də sursatların alınması və Ukrayna ərazisinin minalardan təmizlənməsi proqramlarında iştirakını təsdiqləyib.
2023-cü ilin iyulunda G7 ölkələri (ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Yaponiya, İtaliya, Kanada) Ukraynaya təhlükəsizlik zəmanəti verən bəyannamə imzalayıb. Sənəddə Kiyevin müttəfiqləri sabitliyi təmin etməyə və “istənilən təhlükəni” özündə saxlamağa hazır olduqlarını bildiriblər.
Bundan əvvəl Ukrayna Böyük Britaniya, Almaniya, Fransa, Danimarka, Kanada, İtaliya, İspaniya, Hollandiya və Finlandiya ilə təhlükəsizlik zəmanətləri haqqında ikitərəfli sazişlər imzalayıb.
Kiyev bu sazişlər üzrə ABŞ, Norveç, Estoniya, Portuqaliya və digər ölkələrlə danışıqlar aparır.



Baxış sayı: 303


Bölməyə aid digər xəbərlər