Bütün xəbərlər
Paseçnik: "Ukrayna Silahlı Qüvvələri Luqanskı kaset bombası ilə vurduqdan sonra yanğın başlayıb"
Tarix: 27-05-2024 23:19 | Bölmə: Karusel

Ukrayna Silahlı Qüvvələri kasetli sursatlarla Luqanska hücum edib, bundan sonra yanğın başlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, LPR rəhbəri Leonid Paseçnik bu barədə öz Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, hazırda dağıntı və tələfatla bağlı məlumat dəqiqləşdirilir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, hüquq-mühafizə orqanlarının əməkdaşları və həkimlər gəlib.
Bundan əvvəl media Luqanskda silsilə partlayışlar barədə məlumat yayıb.


Baxış sayı: 122


Bölməyə aid digər xəbərlər