Bütün xəbərlər
İspaniya və Ukrayna təhlükəsizlik sazişi imzalayıb
Tarix: 27-05-2024 16:35 | Bölmə: Karusel

İspaniya hökumətinin sədri Pedro Sançes və Ukrayna prezidenti Vladimir Zelenski təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Zelenski Madridə gəlib və burada İspaniya kralı VI Filiplə də görüşəcək.
İspaniya və Ukrayna arasında təhlükəsizlik müqaviləsi Kiyevin İtaliya və Almaniya da daxil olmaqla digər dövlətlərlə bağladığı müqaviləyə bənzəyir, "El Pais" qəzeti yazır. Sənəd Ukraynaya hərbi dəstəyin təminatına yönəlib.




Baxış sayı: 112


Bölməyə aid digər xəbərlər