Bütün xəbərlər
Rusiya Fövqəladə Hallar Nazirliyi daşqınlarla əlaqədar Ermənistan sakinlərinə yardım təklif edib
Tarix: 26-05-2024 21:57 | Bölmə: Karusel

Rusiya Fövqəladə Hallar Nazirliyi Ermənistan sakinlərinə yardım təklif edib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya departamentinin teleqram kanalında məlumat verilib.
Ermənistanın şimalında yağan güclü yağışlar nəticəsində çaylar məcrasından çıxıb. Bir neçə yaşayış məntəqəsini su basıb, Gürcüstana gedən yol bağlanıb.
Xilasetmə xidmətləri iki yüzdən çox insanı təxliyə edib. İlkin məlumata görə, iki nəfər ölüb, daha iki nəfər itkin düşüb.



Baxış sayı: 188


Bölməyə aid digər xəbərlər