Bütün xəbərlər
Vladimir Putin Özbəkistana gəlib
Tarix: 26-05-2024 19:36 | Bölmə: Karusel

Rusiya prezidenti Vladimir Putin Özbəkistana iki günlük səfərə gəlib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, orada o, özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə danışıqlar aparacaq.
Dövlət başçıları ikitərəfli münasibətlərin vəziyyətini və inkişaf perspektivlərini müzakirə edəcəklər. Bundan əlavə, regional məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Rusiya və Özbəkistan Regionlar Şurasının ilk iclasında Vladimir Putin və Şavkat Mirziyoyev də iştirak edəcəklər. Səfərin yekunları üzrə tərəflər ikitərəfli sənədlər paketini imzalayacaqlar.




Baxış sayı: 197


Bölməyə aid digər xəbərlər