Bütün xəbərlər
Qatar Airways-in təyyarəsində yaranan turbulentlik nəticəsində 12 nəfər xəsarət alıb
Tarix: 26-05-2024 18:47 | Bölmə: Karusel

Dohadan Dublinə uçan Qatar Airways şirkətinə məxsus təyyarə Türkiyə üzərindən uçarkən turbulentliklə qarşılaşıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Sky News"in məlumatına görə, xəbər verir ki, altı sərnişin və altı ekipaj üzvü xəsarət alıb. Təyyarə vaxtında və təhlükəsiz şəkildə təyinat yerinə enib.
Onu Dublin hava limanında təcili xidmətlər, o cümlədən hava limanı polisi və yanğınsöndürmə və xilasetmə xidməti qarşılayıb. Sərnişinlərə və aviaşirkətin əməkdaşlarına yardım göstərilir.
Bu həftənin əvvəlində bildirilmişdi ki, Londondan Sinqapura uçan Sinqapur Hava Yollarına məxsus Boeing 777-300ER təyyarəsini vuran güclü turbulentlik nəticəsində bir nəfər ölüb, çoxlu sayda sərnişin yaralanıb.
Bort Banqkoka yönləndirilib və orada təyyarə təhlükəsiz eniş edib.





Baxış sayı: 182


Bölməyə aid digər xəbərlər