Bütün xəbərlər
Pedaqoji kollecin yaxınlığına pilotsuz təyyarə düşərək partlayıb
Tarix: 26-05-2024 18:20 | Bölmə: Karusel

Ukrayna hərbçiləri Belqoroda təyyarə tipli pilotsuz uçuş aparatı ilə hücum edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, məlum olduğu kimi, bazar günü günortadan sonra rayon mərkəzində, pedaqoji texnikumun yaxınlığında düşmənin pilotsuz uçan aparatı düşərək partlayıb.
Qubernator Vyaçeslav Qladkov bildirib ki, heç kim xəsarət almayıb, iki avtomobil qəlpəyə düşüb. Təcili yardım xidmətləri artıq hadisə yerindədir.
Xatırladaq ki, daha əvvəl Belqorod vilayətində Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçan aparatlarının hücumları nəticəsində iki nəfər yaralanmışdı.
Şebekinsky şəhər rayonunun Murom kəndində və Qrayvoronski şəhər rayonunun Bezymeno kəndində PUA-nın zərbələri hərəkətdə olan avtomobillərə dəydi, onların sürücüləri qəlpə yaraları aldı.





Baxış sayı: 182


Bölməyə aid digər xəbərlər