Bütün xəbərlər
Rusiyadan olan məşhur bloger 38 günlük komadan sonra Çində dünyasını dəyişib
Tarix: 24-05-2024 22:29 | Bölmə: Karusel

Daha əvvəl 38 gün komada olan rusiyalı bloger Tatyana Dimitriyeva Çində dünyasını dəyişib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Honq-Konqun “South China Morning Post” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, rusiyalı qadının 31 yaşı var idi. O, Çinin Nana sosial şəbəkəsində məşhur idi.
Tatyana Dmitriyevanın əri, Çin vətəndaşı Vanq Tao qəzetə bildirib ki, o, həyat yoldaşı ilə birlikdə yemək və şərab içməyə gedib. Onlar evə qayıtdıqdan sonra qadın bir az da spirtli içki qəbul edib. Bundan sonra onun başı ağrıyır. Vəziyyəti yüngülləşdirmək üçün Tatyana bir neçə həb qəbul etdi. Ərinin sözlərinə görə, bundan sonra o, huşunu itirib.
Qəzet xəbər verir ki, təcili yardım briqadası blogeri xəstəxanaya yerləşdirib. Artıq xəstəxanada infarkt keçirib, bundan sonra qadın komaya düşüb.


Baxış sayı: 114


Bölməyə aid digər xəbərlər