Bütün xəbərlər
Lvov meri şəhərdə keçirilən Rusiya müxalifət forumundan qəzəblənib
Tarix: 23-05-2024 23:31 | Bölmə: Karusel

Lvov meri Andrey Sadovoy Rusiya müxalifətinin bu şəhərdə keçirilən forumundan qəzəblənib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, məmur öz Telegram kanalında artıq bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirib.
Rusiya müxalifəti adlanan forumda YuKOS-un keçmiş rəhbəri Mixail Xodorkovski, hüquqşünas Mark Feyqin, şahmatçı Qarri Kasparov və jurnalist Viktor Şenderoviç iştirak edib. Qeyd edək ki, onların hamısı Rusiyada xarici agent kimi tanınır.



Baxış sayı: 246


Bölməyə aid digər xəbərlər
15-11-2026, 18:50 Zəlzələ baş verib