Bütün xəbərlər
RBC: 20-ci Ordunun komandanı Suxrab Əhmədov tutduğu vəzifədən uzaqlaşdırılıb
Tarix: 23-05-2024 23:04 | Bölmə: Karusel

20-ci Əlahiddə Ümumqoşun Ordusunun komandanı Suxrab Əhmədov tutduğu vəzifədən uzaqlaşdırılıb, RBC öz məlumatlı mənbəsinə istinadən xəbər verir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri Vladimir Roqov bu barədə özünün Telegram kanalında sözün əsl mənasında bunları yazıb: “Hələlik Suxrab Sultanoviç azadlığa buraxılıb, lakin məlumatlı mənbələr vəziyyətin inkişaf etdiyini bildirir”.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, 20-ci Qvardiya Qırmızı Bayraq Ordusu hazırda Rusiya Silahlı Qüvvələrinin ən böyük birləşməsidir.
Suxrab Əhmədov 2022-ci ilin dekabrından 20-ci Orduya komandanlıq edir. Ötən ilin sonunda Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə ona general-leytenant rütbəsi verilib.



Baxış sayı: 143


Bölməyə aid digər xəbərlər