Bütün xəbərlər
Blinken: "ABŞ Rusiya ilə əməkdaşlığa görə Çinə qarşı sanksiyaları davam etdirəcək"
Tarix: 21-05-2024 20:46 | Bölmə: Karusel

ABŞ dövlət katibi Antoni Blinken bildirib ki, Birləşmiş Ştatlar Rusiyaya hərbi sənayesini gücləndirməyə kömək etdiyi iddia edilən Çinə qarşı sanksiya siyasətində Aİ və digər müttəfiqləri ilə koordinasiyanı davam etdirəcək.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Blinkenin ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə qeyd etdiyinə görə, Birləşmiş Ştatlar “Rusiyaya ikili təyinatlı malların və digər sanksiya tətbiq edilən məhsulların tədarükü ilə məşğul olan” 100 Çin şirkətinə qarşı sanksiya tətbiq edib.
Blinken, İran və Şimali Koreyadan fərqli olaraq Çinin Rusiyaya silah vermədiyini, əksinə, Rusiya müdafiə sənayesini gücləndirmək üçün mal tədarük etdiyini bildirib.


Baxış sayı: 153


Bölməyə aid digər xəbərlər