Bütün xəbərlər
Məhkəmə Müdafiə Nazirliyinin keçmiş rəis müavini İvanovun iki avtomobilini və bir motosikletini həbs edib
Tarix: 21-05-2024 11:14 | Bölmə: Karusel

Paytaxt məhkəməsi keçmiş müdafiə nazirinin müavini Timur İvanovun iki dəbdəbəli avtomobilini və bir motosikletini müsadirə edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, “RİA Novosti”nin məlumatına görə, “Mercedes-Benz V-klass” markalı mikroavtobus və “Chevrolet Suburban” yolsuzluq avtomobili həbs edilib. Bu avtomobillər onun keçmiş həyat yoldaşı Svetlana İvanovaya 2023-cü ilin fevralında verilib. Bu ilin aprelində o, qəzadan sonra yolsuzluq avtomobilini satışa çıxarıb.
İvanovun 2022-ci ildə atasına təhvil verdiyi "Agusta" idman motosikleti də məhdudiyyətlərə məruz qalıb.
İstintaqın əmlaka həbs qoyulması ilə bağlı vəsatətləri mayın 8-də Moskvanın Basmannı rayon məhkəməsi tərəfindən təmin edilib.
Timur İvanov aprelin sonunda xüsusilə külli miqdarda rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. Rüşvətin məbləği təxminən 1,1 milyard rubl təşkil edir. O, günahını etiraf etməyib. Onunla birlikdə Sergey Borodin və Aleksandr Fomin, habelə mənimsəmədə ittiham olunan keçmiş tabeliyində olan Anton Filatov da həbs edilib.


Baxış sayı: 144


Bölməyə aid digər xəbərlər