Bütün xəbərlər
Putin Levitskayanı prezidentin müşaviri vəzifəsindən azad edib
Tarix: 20-05-2024 20:07 | Bölmə: Karusel

Rusiya prezidenti Vladimir Putin müşaviri Aleksandra Levitskayanın vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Fərman mayın 20-də hüquqi informasiya portalında dərc olunub.
Aleksandra Levitskaya 2013-cü ildən dövlət başçısının müşaviri işləyib. 2012-2013-cü illərdə Rusiya hökuməti aparat rəhbərinin birinci müavini olub. Levitskaya bundan əvvəl səhiyyə və sosial inkişaf nazirinin müavini, həmçinin iqtisadi inkişaf və ticarət nazirinin müavini vəzifələrində çalışıb.
Aleksandra Levitskaya 7 fevral 1954-cü ildə Moskvada anadan olub. 1976-cı ildə Moskva Dövlət Universitetini bitirdikdən sonra əmək fəaliyyətinə Ümumrusiya Elmi-Tədqiqat Geofiziki Kəşfiyyat Metodları İnstitutunda başlayıb.


Baxış sayı: 149


Bölməyə aid digər xəbərlər