Bütün xəbərlər
Krasnoyarska uçan təyyarə Bratskda məcburi eniş edib
Tarix: 18-05-2024 20:48 | Bölmə: Karusel

Xabarovskdan Krasnoyarska uçan "Rossiya Hava Yolları"na məxsus təyyarə Bratskda məcburi eniş edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ekipaj komandiri bu qərarı sərnişinlərdən biri xəstələnəndə verib. Enişdən sonra 35 yaşlı kişi infarkt əlamətləri ilə həkimlərə təhvil verilib.
Hələlik təyyarə Bratskda qalır, çünki uçuşu davam etdirmək üçün təyyarəyə texniki baxış tələb olunur və aviaşirkətin mütəxəssisi hava limanına yalnız mayın 19-da səhər saat 3-dən sonra gələcək.
TASS yazır ki, təyyarənin 80 sərnişini hava limanı xidmətlərinin köməyi ilə yerləşdirildikləri oteldə uçuşun davamını gözləyir.


Baxış sayı: 144


Bölməyə aid digər xəbərlər