Bütün xəbərlər
Pekindən sonra Putin Harbinə gəlib
Tarix: 16-05-2024 22:49 | Bölmə: Karusel

Rusiya prezidenti Harbinə gəlib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, onun Çinə dövlət səfəri çərçivəsində ikinci şəhərdir.
Bundan əvvəl Vladimir Putin Pekinə səfər edib. Orada o, çinli həmkarı Si Cinpinlə danışıqlar aparıb.
Harbində Putinin səkkizinci Rusiya-Çin EXPO və dördüncü Rusiya-Çin forumunun açılış mərasimlərində iştirak edəcəyi gözlənilir. Bundan əlavə, dövlət başçısının Harbin Politexnik Universitetinin tələbə və müəllim heyəti ilə görüşü nəzərdə tutulub.
Qeyd edək ki, Çinə səfər Rusiya prezidentinin yenidən seçildikdən sonra ilk xarici səfəridir.


Baxış sayı: 133


Bölməyə aid digər xəbərlər