Bütün xəbərlər
Ruben Vardanyanın həbs müddəti 5 ay uzadılıb
Tarix: 16-05-2024 16:22 | Bölmə: Karusel

Dağlıq Qarabağ hökumətinin keçmiş başçısı Ruben Vardanyan daha 5 ay istintaq təcridxanasında qalacaq.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Bu barədə bu gün Bakının Səbail Rayon Məhkəməsi qərar verib
Tanınmış iş adamı 2023-cü il sentyabrın sonunda tanınmamış respublikanı tərk edərək Ermənistana getmək istəyərkən saxlanılıb və o vaxtdan həbsdədir. Vardanyan terrorçuluğu maliyyələşdirmək, qanunsuz silahlı birləşmələr yaratmaq və onların tərkibində iştirak etmək, habelə Azərbaycan sərhədini qanunsuz keçməkdə ittiham olunur. Onun təqsirini etiraf edib-etmədiyi açıqlanmır.
2022-ci ilin dekabrında “Troyka Dialoq” şirkətinin təsisçisi Rusiya Federasiyası vətəndaşı olmaqdan çıxıb və bundan bir ay əvvəl tanınmamış Dağlıq Qarabağ hökumətinə rəhbərlik edib. O, 2023-cü ilin fevralında bu vəzifəni tərk edib.



Baxış sayı: 134


Bölməyə aid digər xəbərlər