Bütün xəbərlər
Aİ Rusiya mediasına girişi qadağan etməyə razılaşıb
Tarix: 15-05-2024 23:32 | Bölmə: Karusel

Avropa İttifaqı ölkələrinin səfirləri bir sıra Rusiya KİV-lərinə icma daxilində girişin qadağan edilməsi məsələsində razılığa gəliblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunlar “Rossiyskaya qazeta”, “İzvestiya” və “RİA Novosti” agentliyidir.
Bundan başqa, Aİ-nin rusiyayönlü məlumat yaymaqda ittiham etdiyi “Avropanın səsi” çex portalının fəaliyyəti qadağan edilib.
TASS yazır ki, indi bu tədbir Avropa İttifaqının Xarici İşlər Nazirliklərinin rəhbərləri tərəfindən təsdiqlənməlidir.
Aİ vətəndaşlarının Rusiya məlumat mənbələrinə çıxışının məhdudlaşdırılmasının Rusiyaya qarşı hələ razılaşdırılmamış 14-cü sanksiyalar paketinin bir hissəsi kimi tətbiq ediləcəyi gözlənilir. Avropa Komissiyası israr edir ki, bu, Avropa Parlamentinə seçkilərdən əvvəl edilməlidir. Onlar iyunun 6-9-na planlaşdırılıb.
Bu arada Macarıstan növbəti anti-Rusiya sanksiyalar paketini bloklamaqla hədələyir.


Baxış sayı: 169


Bölməyə aid digər xəbərlər