Bütün xəbərlər
Tbilisidə xarici agentlər haqqında qanuna qarşı keçirilən aksiyada polis 13 nəfəri saxlayıb
Tarix: 14-05-2024 22:11 | Bölmə: Karusel

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları 13 nəfəri inzibati qaydada saxlayıblar.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, mayın 14-də Tbilisidə qanunu pozanlar xarici agentlər haqqında qanuna qarşı aksiya keçiriblər.
Hüquq-mühafizə orqanının yaydığı bəyanatda deyilir ki, şəxslər “polisin qanuni tələblərinə tabe olmadıqları və xırda xuliqanlıq etdikləri üçün” saxlanılıblar.
Bundan əvvəl bildirilmişdi ki, nümayişçilər binanın həyətinə daxil olmaq üçün Gürcüstan parlamentinin girişindəki dəmir hasarları sındırıblar. Su şırnaqları olan avtomobillər Rustaveli prospektinə qədər irəliləyirdi.
Qanunverici orqanın rəhbərliyi Moskva vaxtı ilə saat 16:00-dan qırmızı həyəcan səviyyəsini tətbiq etdi.
Mayın 14-də gürcü deputatlar xarici agentlər haqqında qanun layihəsinin üçüncü oxunuşda qəbulunu müzakirə etməli idilər. Lakin xalq nümayəndələri arasında baş verən davaya görə parlamentin iclası yarımçıq kəsilməli olub.


Baxış sayı: 144


Bölməyə aid digər xəbərlər