Bütün xəbərlər
Vuçiç Serbiyanın Kiyevdəki səfirinin tezliklə qayıdacağını açıqlayıb
Tarix: 13-05-2024 22:47 | Bölmə: Karusel

Serbiyanın Ukraynadakı səfiri iki ildən çox müddətdən sonra tezliklə Kiyevə qayıdacaq.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba ilə danışıqlardan sonra respublika prezidenti Aleksandr Vuçiç bildirib.
Vuçiç sosial şəbəkədəki səhifəsində Belqrad və Kiyev arasında ikitərəfli münasibətlərin yaxşılaşdırılması üçün razılıq əldə olunduğunu da bildirib.
Bundan əvvəl Serbiyanın xarici işlər naziri Miloş Vuçeviç ölkəsinin Ukrayna da daxil olmaqla BMT-yə üzv olan bütün ölkələrin ərazi bütövlüyünü dəstəklədiyini bildirib.


Baxış sayı: 150


Bölməyə aid digər xəbərlər