Bütün xəbərlər
Azərbaycanda güclü zəlzələ oldu
Tarix: 11-05-2024 23:40 | Bölmə: Karusel

                      azerbaycanda-guclu-zelzele-oldu


Azərbaycanda zəlzələ olub.
Sabaha-inamla.az xəbər verir ki, Zəlzələlərin Tədqiqatı Bürosundan “Qafqazinfo”ya verilən məlumata görə, yeraltı təkanlar Lənkəran ərazisində qeydə alınıb.
Yerli vaxtla 17:23-də qeydə alınan zəlzələ episentrdə 6 bala yaxın, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.
***
Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu mayın 11-də Azərbaycanın cənub bölgəsində baş vermiş zəlzələ ilə bağlı yeni məlumat açıqlayıb. 
Məlumatda bildirilib ki, ocağı 19 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 6 bala yaxın, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Astara, Neftçala, Masallı, Biləsuvar, Saatlı, Salyan, Beyləqan, İmişli, Füzuli və digər rayonlarda 5-3 bala qədər hiss olunub.


Baxış sayı: 181


Bölməyə aid digər xəbərlər