Bütün xəbərlər
Ukrayna Silahlı Qüvvələrinin Belqorod şəhərini atəşə tutması nəticəsində bir qadın ölüb, 29 nəfər yaralanıb
Tarix: 11-05-2024 22:57 | Bölmə: Karusel

Ukrayna Silahlı Qüvvələrinin Belqorod şəhərini atəşə tutması nəticəsində bir qadın ölüb, 29 nəfər yaralanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Belqorod və Belqorod vilayətini atəşə tutması nəticəsində bir qadın həlak olub, biri uşaq olmaqla daha 29 nəfər yaralanıb. Bu barədə regionun rəhbəri Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat verib.
O, aydınlaşdırıb ki, qadın aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.
Zərərçəkənlər bədənin müxtəlif nahiyələrindən qəlpə yaraları alıblar, onların hamısı tibb müəssisələrinə aparılıb, onlara lazımi yardım göstərilib.
Bundan əlavə, 22 çoxmənzilli binada 49 mənzil və 4 kommersiya obyektinə ziyan dəyib, Qladkov əlavə edib.


Baxış sayı: 141


Bölməyə aid digər xəbərlər