Bütün xəbərlər
General Qüleviç Belarus Baş Qərargah rəisi vəzifəsindən uzaqlaşdırılıb
Tarix: 10-05-2024 22:29 | Bölmə: Karusel

Belarus Baş Qərargahının rəisi Viktor Quleviç tutduğu vəzifədən azad edilərək hərbi xidmətdən ehtiyata buraxılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko sərəncam imzalayıb.
Lukaşenkonun mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, general-mayor Qüleviç “Silahlı Qüvvələrin Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini vəzifəsindən azad edilib”.
Fərman mayın 10-da imzalanıb. Məlumatda qeyd olunur ki, Qüleviç hərbi forma geyinmək hüququnu saxlayaraq, yaşa görə ehtiyata keçirilib.
Viktor Quleviç 1969-cu ilin mayında Minsk vilayətinin Slutsk rayonunda anadan olub. O, 2021-ci ilin martında Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə təyin edilib.


Baxış sayı: 114


Bölməyə aid digər xəbərlər