Bütün xəbərlər
Putin Mişustinin baş nazir təyin edilməsi haqqında fərman imzalayıb
Tarix: 10-05-2024 21:31 | Bölmə: Karusel


Rusiya prezidenti Vladimir Putin “Rusiya Federasiyası Hökumətinin sədri haqqında” fərman imzalayıb, Mixail Mişustini Rusiya Federasiyasının Baş naziri təyin edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qeyd olunur ki, bu fərman imzalandığı gündən qüvvəyə minir.
Bundan əvvəl Dövlət Duması Mişustinin Rusiyanın baş naziri postuna namizədliyini təsdiqləyib. Onun lehinə 375 deputat səs verib.
Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, mayın 13-də plenar iclasda baş nazirin müavinliyinə, mayın 14-də isə nazirlərə namizədliklərə baxılacaq.


Baxış sayı: 108


Bölməyə aid digər xəbərlər