Bütün xəbərlər
Etirazçılar yenidən İrəvanın mərkəzindəki meydanı doldurublar
Tarix: 10-05-2024 21:27 | Bölmə: Karusel

Mayın 10-da İrəvanın mərkəzindəki Respublika meydanı növbəti dəfə Azərbaycanla sərhədin demarkasiyasına etiraz edənlərlə dolub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bir gün əvvəl olduğu kimi, qalxan və dəbilqəli polislər Respublika meydanında yerləşən Hökumət Evi və Maliyyə Nazirliyinin binalarının girişlərini ciddi mühafizə altına alıblar.
Mayın 9-da axşam burada minlərlə nəfərin iştirakı ilə keçirilən mitinqdə etirazın lideri, Erməni Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan baş nazir Nikol Paşinyanın istefasını tələb edəcəyini bildirib.Və cümə günü insanları yenidən meydana toplaşmağa çağırıb.
Mayın 10-da Almatıda Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında danışıqlar başlayıb. Onların mayın 11-i şənbə günü davam edəcəyi gözlənilir.


Baxış sayı: 111


Bölməyə aid digər xəbərlər