Bütün xəbərlər
Zalujnı mayın sonunda Londona yola düşəcək
Tarix: 10-05-2024 20:49 | Bölmə: Karusel

Ukraynanın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri, əvvəllər Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı vəzifəsində çalışmış Valeriy Zalujnı mayın sonunda Londona gedəcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ukrayna nəşrlərindən birinin Zelenskiyə yaxın mənbələrə istinadən yazdığına görə, Zalujnı və ailəsi Londona səfərə hazırlaşırlar. Ukrayna Xarici İşlər Nazirliyi medianın sorğularını şərh etməyib.
Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski mayın 9-da Zalujnının Ukraynanın Böyük Britaniyadakı səfiri təyin edilməsi haqqında fərman imzalayıb, bundan əvvəl o, səhhətinə görə hərbi xidmətdən uzaqlaşdırılıb.



Baxış sayı: 109


Bölməyə aid digər xəbərlər