Bütün xəbərlər
Qvineya-Bisau prezidenti Kadırovla görüşmək üçün Qroznıya uçub
Tarix: 10-05-2024 20:34 | Bölmə: Karusel

Qvineya-Bisau prezidenti Oumar Sisoku Embalo Çeçenistana gəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onu Qroznı hava limanında respublika başçısı Ramzan Kadırov qarşılayıb.
Qvineya liderinin Kadırovla iqamətgahında danışıqlar aparacağı planlaşdırılır.
Bundan əlavə, Embalo Qudermesdəki Vladimir Putin adına Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinə və Qroznıdakı Şöhrət Memorial Kompleksinə baş çəkmək niyyətindədir, RİA Novosti yazır.
Mayın 9-da Rusiya lideri Vladimir Putin Kremldə Qvineya-Bisau prezidenti ilə görüşüb. O, afrikalı həmkarını Rusiyaya dövlət səfərinə dəvət edib. Öz növbəsində Embalo Putini cavab səfəri üçün ölkəsinə dəvət edib.
İki ölkə liderləri ticarət-iqtisadi sahədə əməkdaşlığın gücləndirilməsi və beynəlxalq əməkdaşlıq üzrə ikitərəfli danışıqlar aparıblar.


Baxış sayı: 117


Bölməyə aid digər xəbərlər