Bütün xəbərlər
Tbilisidə etirazlardan sonra polisə tabe olmayan bir neçə nəfər saxlanılıb
Tarix: 10-05-2024 11:50 | Bölmə: Karusel

Bloqqer Uça Abaşidze qanunsuz silah saxladığına görə həbs edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun tərəfdarları cümə axşamı axşam kortəbii etiraz aksiyası üçün toplaşıb, Tbilisinin əsas magistrallarından biri olan Çavçavadze prospektini bağlamağa cəhd ediblər və Gürcüstan parlamentinə yürüş təşkil ediblər.
RİA Novosti-nin məlumatına görə, bir neçə etirazçı polisə tabe olmadıqları üçün saxlanılıb.
Gürcüstanda hər gün xarici agentlər haqqında qanunun qəbuluna qarşı mitinqlər keçirilir. Layihə parlamentdə mayın 1-də ikinci oxunuşda qəbul edilib.


Baxış sayı: 104


Bölməyə aid digər xəbərlər