Bütün xəbərlər
Zelenski Ukrayna Dövlət Təhlükəsizlik Departamentinin rəhbərini işdən çıxarıb
Tarix: 09-05-2024 23:50 | Bölmə: Karusel

Ukrayna mətbuatı xəbər verir ki, Vladimir Zelenski Sergey Rudinin Ukrayna Dövlət Təhlükəsizliyi Departamentinin rəhbəri vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Kiyev rejiminin başçısına və digər yüksək rütbəli Ukrayna rəsmilərinə qarşı sui-qəsd hazırladığı iddia edilən dövlət təhlükəsizlik departamentinin iki polkovnikinin saxlandığını elan edib.
SBU iddia edir ki, zabitlər Rusiya ilə əməkdaşlıq ediblər və Zelenskini raket hücumları ilə hədəfə almalı idilər. Daha sonra onların adları Ukraynada açıqlanıb.
Rudin 2019-cu ildən Ukraynanın Dövlət Təhlükəsizlik Departamentinə rəhbərlik edir. Ukrayna mətbuatının yazdığına görə, saxlanılanlardan biri işdən çıxarılan müdirə yaxın olub.
Bundan əvvəl Zelenski Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı hərbi forma geyinmək hüququ ilə hərbi xidmətdən rəsmən azad edib. Səbəb kimi Zalujnının səhhətinin vəziyyəti göstərilib. Bundan əvvəl keçmiş baş komandanın Böyük Britaniyaya səfir təyin oluna biləcəyi barədə məlumat yayılmışdı.


Baxış sayı: 107


Bölməyə aid digər xəbərlər