Bütün xəbərlər
Kadırovun qardaşı oğlu “İgidliyə görə” ordeni ilə təltif edilib
Tarix: 09-05-2024 23:17 | Bölmə: Karusel

Çeçenistan rəhbərinin qardaşı oğlu Hamzat Kadırovun “İgidliyə görə” ordeni ilə təltif edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Ramzan Kadırov özü məlumat verib.
Mükafat Hamzat Kadırova Çeçenistan Respublikasının başçısı tərəfindən Böyük Vətən Müharibəsində Qələbənin 79-cu ildönümünün qeyd edilməsinə həsr olunmuş mərasimdə təqdim edilib.
Xamzat Kadırovun 27 yaşı var və Çeçenistan baş nazirinin müavini vəzifəsini tutur. 2017-ci ildə Çeçenistan Dövlət Universitetinin dövlət idarəçiliyi fakültəsini bitirib. 2018-ci ildə o, Kurçaloyevski bələdiyyə dairəsinin administrasiyasının rəhbəri təyin edilib.


Baxış sayı: 110


Bölməyə aid digər xəbərlər