Bütün xəbərlər
Təyyarəni sahəyə endirən pilot Ural Hava Yollarından istefa verib
Tarix: 17-04-2024 16:20 | Bölmə: Karusel

Novosibirsk yaxınlığındakı buğda tarlasında içərisində 161 sərnişinin olduğu "Airbus A320" təyyarəsini qəza enişi edən Ural Hava Yollarının pilotu Sergey Belov aviaşirkətdən istefa verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, kapitan öz istəyi ilə istefa məktubu yazıb, onunla müqaviləyə aprelin 15-də xitam verilib. Bu barədə “İzvestiya” daşıyıcının nümayəndələrinə istinadən yazır.
Xatırladaq ki, 2023-cü il sentyabrın 12-də Soçi-Omsk marşrutu üzrə U6-1383 reysini yerinə yetirən "Airbus A320" təyyarəsi Ubinski rayonunda qəzalı, lakin son nəticədə təhlükəsiz eniş etmişdi. Təyyarədə 161 sərnişin olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Federal Hava Nəqliyyatı Agentliyinin araşdırmasına görə, qəzaya səbəb çoxsaylı ekipaj səhvləri səbəbindən yanacaq çatışmazlığı olub.


Baxış sayı: 74


Bölməyə aid digər xəbərlər