Bütün xəbərlər
Tbilisidə xüsusi təyinatlılar etirazçılara qarşı bibər qazından istifadə ediblər
Tarix: 16-04-2024 22:59 | Bölmə: Karusel

Tbilisidə xüsusi təyinatlılar etirazçılara qarşı bibər qazından istifadə ediblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, xarici agentlər haqqında qanuna etiraz aksiyası zamanı bir hüquq-mühafizə orqanının əməkdaşının yaralandığı da məlumdur.
Aksiya yerinə təcili yardım maşınları gəlib. Həkimlər bibər qazından zərər çəkmiş şəxsləri müalicə edirlər.
RİA Novosti müxbirinin verdiyi məlumata görə, xüsusi təyinatlılar etirazçıları dağıtmağa başlayıb. Həbslər də başladı.
Bu arada Gürcüstan mətbuatı parlament binası qarşısında bir qrup etirazçının Daxili İşlər Nazirliyinin əməkdaşlarına ağır əşyalar atdığını yazıb. Etirazçıların hərəkətləri ilə əlaqədar polis su şırnaqlarını həyəcan vəziyyətinə salıb.
Etiraz aksiyasında xaricdən qrant alan müxtəlif qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir.
Bundan əvvəl Gürcüstan prezidenti etirazçılara dəstək verib. Onun sözlərinə görə, mülki əhali bununla da öz Avropa gələcəyini qorumağa çalışır.


Baxış sayı: 79


Bölməyə aid digər xəbərlər