Bütün xəbərlər
"Spartak"ın keçmiş futbolçusu Titov "Xalq Komandası" media klubuna yeni qoşulub
Tarix: 16-04-2024 22:46 | Bölmə: Karusel

"Spartak"ın əfsanəvi yarımmüdafiəçisi Yeqor Titov futbolçu kimi yenidən futbola qayıdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun bundan sonra Media Liqasının “Xalq komandası” klubunda çıxış edəcəyi məlum olub.
Titov yeni komandasına 47 yaşında qoşulub. Xalq Komandasının Telegram kanalında xəbər verildiyi kimi, pleymeyker 9 nömrəli forma geyinəcək. Tərəflər arasında razılaşmanın təfərrüatları açıqlanmayıb.
“Moskva “Spartak”ının ikonik futbolçusu və “ağ-qırmızılılar”ın heyətində 100-dən çox qol vuran futbolçu indi Xalq Komandasında çıxış edəcək”, - deyə, klubdan bildirilib.
Xatırladaq ki, “Xalq komandası” “Spartak” azarkeşlərinin yaratdığı klubdur.


Baxış sayı: 81


Bölməyə aid digər xəbərlər