Bütün xəbərlər
PCT: Ruslar aktiv şəkildə Türkiyəyə turlar alırlar
Tarix: 16-04-2024 16:59 | Bölmə: Karusel


Bu il ruslar Türkiyəyə yay turlarını, o cümlədən erkən rezervasiya kampaniyaları vasitəsilə çox aktiv şəkildə satın alırlar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Səyahət Sənayesi İttifaqının (RST) məlumatına görə, ötən illə müqayisədə belə turların satışı bir neçə dəfə artıb.
Belə ki, "Sletat.ru" şirkətlər qrupundan Türkiyədə tətil üçün müraciətlərin sayı 2023-cü illə müqayisədə iki yarım dəfə, "Travelata.ru" onlayn tur mağazasından isə üç dəfə artıb.
Rusiyalı turistlər ən çox Alanya, Kəmər, Side, Belek və Antalyadakı kurortlara maraq göstərirlər. "Travelata.ru"nun marketinq direktoru Oleq Kozyrevin sözlərinə görə, orta bronlaşdırma dərinliyi 50 gündür. Türkiyənin şirkətin ümumi satışlarındakı payı keçən il 46%-dən 62%-ə çatıb.
Aqreqatorların məlumatına görə, Türkiyədə istirahət etməyi planlaşdıran rusiyalı turistlərin üçdə ikisindən çoxu ötən il olduğu kimi beşulduzlu otellərdə qalmaq istəyir. Qidaya gəlincə, müştərilərin 80%-dən çoxu hər şey daxil və ultra hər şey daxil sistemləri seçir, "İnterfaks" yazır.
Keçən yay Türkiyənin Antalya vilayətinin səlahiyyətliləri hər həftə gələn turistlərin sayına görə rekordlar qırdıqlarını bildirdilər. 2023-cü ilin yanvar-iyul aylarında əyalət 7 milyondan çox turist qəbul edib.


Baxış sayı: 85


Bölməyə aid digər xəbərlər