Bütün xəbərlər
Deputatın həyatına qəsd edilib.
Tarix: 16-04-2024 16:18 | Bölmə: Karusel


Hadisə barədə Rusiya Federasiyası İctimai Palatasının yeni regionların inteqrasiyası üzrə koordinasiya şurasının həmsədri və “Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri Vladimir Roqov məlumat verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, siyasətçinin sözlərinə görə, Kiyev rejimi ilə əlaqəli olan hücumçular Akimovski Rayon Şurasının deputatı Anton Yakimenkonu partladıblar.
“Yerli hakimiyyət orqanlarına keçirilən seçkilərdə o, “Vahid Rusiya” partiyasının üzvü olub, partiyanın seçki siyahısında ilk üçlüyə daxil olub”, - Roqov qeyd edib.
Xalq nümayəndəsinin vəziyyəti və terror aktının hansı şəraitdə baş verməsi ilə bağlı məlumatlar dəqiqləşdirilir, o, hadisənin təfərrüatlarını daha sonra açıqlayacağını deyib.


Baxış sayı: 78


Bölməyə aid digər xəbərlər