Bütün xəbərlər
“Arsenal” 3 dəqiqə ərzində iki qol buraxaraq “Aston Villa”ya uduzub
Tarix: 14-04-2024 22:40 | Bölmə: Karusel

Londonun "Arsenal" futbolçuları Premyer Liqada evdə Birmingem "Aston Villa"sına uduzublar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 33-cü turun görüşü “Emirates”də baş tutub və iki top fərqi ilə “vilyanlılar”ın xeyrinə başa çatıb.
80 dəqiqədən çox rəqib qolsuz heç-heçə oynadı, lakin üç dəqiqəlik fasilə ilə - 84-dən 87-yə qədər - qonaqlar "topçular"ın qapısına iki cavabsız qol vurdular. Nəticədə meydan sahibləri toplanmağa vaxt tapmadı.
Qalib zərbələri Leon Beyli və Olli Uotkins vurub. 2:0 – "Aston Villa"nın qələbəsi.
Beləliklə, “Arsenal” 11 oyunluq məğlubiyyətsizlik seriyasını qırıb, 71 xalla qalıb və Premyer Liqa cədvəlində birinci yeri tutmaq şansından yararlana bilməyib. "Villa" isə 63 xal toplayıb və beşinci yerdə qərarlaşan "Tottenhem"i 3 xal qabaqlayaraq dördüncü yerdədir.


Baxış sayı: 89


Bölməyə aid digər xəbərlər