Bütün xəbərlər
Rusiyadan gələn turistlər Misir və Əmirliklərə səfərlərdən imtina etmirlər
Tarix: 14-04-2024 15:15 | Bölmə: Karusel

Rusiya Tur Operatorları Assosiasiyası bildirib ki, İran-İsrail münaqişəsi səbəbindən Misir və BƏƏ-yə turların ləğvi və ya tətildən erkən qayıtmaq tələbi yoxdur.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ATOR-un icraçı direktoru Maya Lomidzenin bildirdiyinə görə, Rusiya turoperatorları Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi səbəbindən turist səfərlərinin ləğvi hallarını qeydə almayıblar. Misir və BƏƏ ruslar üçün məşhur tətil yerləri olaraq qalır.
Bu arada Federal Hava Nəqliyyatı Agentliyi İsrail, İordaniya və İraqın hakimiyyət orqanlarının öz ölkələrində uçuşlara əvvəllər tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırdığını bildirib.


Baxış sayı: 80


Bölməyə aid digər xəbərlər