Bütün xəbərlər
"Real Madrid" La Liqada səfərdə "Malyorka"nı məğlub edib
Tarix: 13-04-2024 23:18 | Bölmə: Karusel

“Real Madrid” futbolçuları İspaniya Futbol Çempionatının səfər oyununda “Malyorka” üzərində minimal hesablı qələbə qazanıblar.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, madridlilərə qalibi müəyyən etmək üçün bir qol kifayət edib.
Yeganə qol 48-ci dəqiqədə Orelene Tçuameninin səyi ilə vurulub. "İberostar" stadionunda keçirilən görüş minimal hesabla - 1:0 hesabı ilə madridlilərin xeyrinə başa çatıb.
31-ci turun oyununun nəticələrinə əsasən, "Real" 78 xal toplayıb və La Liqa cədvəlində birinci yeri tutmaqda davam edir. “Malyorka” isə öz növbəsində 30 oyundan sonra 31 xalla 14-cü yerdədir.




Baxış sayı: 87


Bölməyə aid digər xəbərlər